İndi də “Cənnət sənədləri” ortaya çıxdı

indi-de-cennet-senedleri-ortaya-cixdi
Oxunma sayı: 2384

İngiltərə kraliçası II Yelizaveta, ABŞ-ın ticarət naziri Uilbur Rossun da aralarında yer aldığı siyasətçi və iş adamlarının ofşor hesabları ilə bağlı təxminən 13,4 milyon sənəd yayılmağa başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Cənnət sənədləri” (Paradise Papers) adı verilən materiallar ötən il mətbuatda yayılan “Panama sənədləri” hadisəsiylə oxşarlıq daşıyır.

“Cənnət sənədləri” 1,4 terrabaytlıq məlumat həcminə malik 13,4 milyon sənəddən ibarətdir.

Son bir ildir 380 jurnalistin araşdırdığı “Cənnət sənədləri”ndə əldə edilən məlumatların bir həftə ərzində layihədə iştirak edən mətbuat orqanları tərəfindən yayımlanacağı bildirilib.

Sənədlərin əksəriyyəti “Bermuda” mərkəzli “Appleby” hüquq firmasında toplanılıb.

Xatırladaq ki, ötən il mərkəzi Panamada yerləşən hüquq firması “Mossack Fonseca” tərəfindən aşkarlanan 11,5 milyon sənəd “Panama sənədləri” başlığı ilə yayılaraq bir çox ölkədə korrupsiya cinayət işlərinin açılmasına və bəzi yüksək səviyyəli məmurların istefalarına səbəb olmuşdu.