İranda etirazlar yenidən başladı, Xamenei əleyhinə şüarlar səsləndi

iranda-etirazlar-yeniden-basladi-xamenei-eleyhine-suarlar-seslendi
Oxunma sayı: 2058

İran hökuməti ölkədə nümayişlərin başa çatdığını elan etsə də, ötən gecə paytaxt Tehran və digər şəhərlərdə rejim əleyhdarları yenidən küçələrə axışıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müxaliflər ölkənin ali dini lideri Xameneinin əleyhinə şüarlar səsləndiriblər. 

Bəzi şəhərlərdə polislə nümayişçilər arasında qarşıdurma yaranıb. Ölənlərin olduğu bildirilir. 

Xatırladaq ki, dekabrın 28-dən davam edən nümayişlərdə azı 21 nəfər ölüb. İndiyə qədər 1000-dən çox insan saxlanılıb. 

Nümayişləri dəstəkləyən ABŞ isə bu gün BMT-nin Təhlükəsizlik Şurasını təcili toplayıb.