İsmayıllı sakinini gürzə sancdı

ismayilli-sakinini-gurze-sancdi
Oxunma sayı: 2551

İsmayıllı sakinini otlaq səhəsində ilan vurub

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Hapıtlı kəndində baş verib. Belə ki, 1968-ci il təvəllüdlü Quliyev Üryan Həmzə oğlunu ot biçən zaman zəhərli ilan sayılan gürzə sancıb.

Yaralını dərhal İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb, ona zərdab vurulub. Xəstənin vəziyyəti ağırlaşdığından o, Bakıdakı xəstəxanaların birinə göndərilib

Rəşad Türkoğlu