Kardaşyanın dördüncü uşağı dünyaya gəldi

kardasyanin-dorduncu-usagi-dunyaya-geldi
Oxunma sayı: 2695

Amerikalı fotomodel Kim Kardaşyanla reper Kanye Uestin dördüncü uşağı dünyaya gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, körpəni surroqat ana dünyaya gətirib. Bu barədə Kim Tvitter səhifəsində yazıb: “O, Çikaqoya oxşayır. Əminəm ki, getdikcə dəyişəcək. Ancaq indi bacısına bənzəyir”.

Qeyd edək ki, Kimlə Kanyenin dördüncü övladı oğlandır. Bundan başqa, onların 5 yaşlı Nort, 3 yaşlı Seynt və 1 yaşlı Çikaqo adlı 3 övladı var.