Kişilər niyə evlənmək istəmir? - Video

kisiler-niye-evlenmek-istemir-video
Oxunma sayı: 672

Yoxsa, burada cürətdən daha çox maddi maraqlar önə çıxır? Lakin fakt elə fakt olaraq qalır. Belə ki, son zamanlar yaşı 30-u keçəndən sonra evlənən kişilərin sayı durmadan artır. Ancaq belə gec addım atan kişilər öz sağlamlığı barəsində düşünsələr, yaxşı olar.

Xüsusilə, son dövrlərdə cəmiyyətimizdə tez-tez rast gəlinən hallardan biri də güclü cinsin nümayəndələrinin böyük əksəriyyətinin evlilikdən qaçmasıdır. Bəziləri bunu sərbəstliklərini itirməmək üçün, digərləri isə maddi durumun yetərsiz olması ilə əlaqələndirsələr də, bunun bir çox başqa səbəbləri də var.

Bu səbəblərə bir çox gənclərin əsas kimi göstərdiyi təhsilsizlik və maddi durumdan əlavə, valideynlərin öz seçimini övladlarına zorla qəbul etdirməsi, bəzi gənclərin uğursuz sevgi təcrübəsi nəticəsində yaranan inamsızlıq, həddən artıq öz ailəsinə bağlı şəkildə yaşamasını da aid etmək olar.

Araşdırmalar göstərir ki, 30 yaşdan yuxarı olan güclü cinsin nümayəndələrinin evlənmək istəməməsi onların sağlamlığına da böyük ziyan vurur. Odur ki, gənclər, çalışın həyatın ən gözəl neməti olan ailə xoşbəxtliyini yaşamağa gec qalmayın. Çünki bununla həm qiymətli zamanınızdan, həm də sağlamlığınızdan itirmiş olursunuz.