“Məhəmməd Salah olmasa da onlar hörmətə layiqdirlər”

mehemmed-salah-olmasa-da-onlar-hormete-layiqdirler
Oxunma sayı: 2733

Xəbər verdiyimiz kimi, Dünya Çempionatının açılış matçında Rusiya Səudiyyə Ərəbistanını məğlub edib - 5:0.

“Qafqazinfo” xəbər verir ki, matçdan sonra Rusiya yığmasının çalışdırıcısı Stanislav Çerçesov fikirlərini bölüşüb:
 
“Dünən keçirilən mətbuat konfransında bildirmişdim ki, indiyədək sözlə kimsə kiməsə qalib gəlməyib. Bu gün işimizlə sübut etdik ki, mundiala layiqli şəkildə ev sahibliyi etmək istəyirik. Uşaqlara minnətdaram. Onlar planlaşdırdıqlarımızı yerinə yetirdilər. Artıq ilk addımı atmışıq. Sırada daha güclü Misir var. Məhəmməd Salahın bizə qarşı oynayıb-oynamayacağını bilmirik. Amma o, olmasa da, Misir hörmətəlayiq komandadır. Sadəcə, Salahla daha güclüdürlər”.