Moskva gözəlinin tacı əlindən alındı

Moskva gözəlinin tacı əlindən alındı
Oxunma sayı: 3981

“Miss Moskva 2018” gözəlinin tacı əlindən alınıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb müsabiqədə birinci olan Alesya Semerenkonun imzalanmış protokolun maddələrini yerinə yetirməməsi olub. Belə ki, o, müsabiqə bitdikdən sonra bir çox xeyriyyə gecələrində iştirak etməli olsa da, heç birinə qatılmayıb. Müsabiqənin sözçüsü Tatyana Andreyova açıqlamasında bildirib ki, Alesya hər dəfə xəstə olduğunu desə də, İnstaqram paylaşımları onu ələ verib:

"Müsabiqə 3 aydır ki, bitib və biz onunla əlaqə saxlaya bilmirik. Tacı zorla aldıq. Əfsuslar olsun ki, o da pis vəziyyətdə idi. Bu, gümüş və qızıl işləməli dəyərli tacdır. Qırıb, təmir etdirmək lazımdır". Tac ikinci gözəl Kseniya Palenovaya verilib.

Qeyd edək ki, müsabiqə Rusiyada 25 ildir keçirilsə də, bu kimi hadisə ilk dəfə yaşanıb.

 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi