Nar Mobile idman yarışına dəstək oldu

nar-mobile-idman-yarisina-destek-oldu
Oxunma sayı: 651


Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə keçirilən yarışda dünyanın 11 ölkəsindən 69 idmançı iştirak edib.

Dünya Kuboku yarışının yeniyetmə və gənclərin daha sıx toplaşdığı Dənizkənarı Milli Parkda, Dövlət Bayraq Meydanında insanların sərbəst tamaşa edə bilməsi şəraitində keçirilməsi yarışların hər kəs tərəfindən izlənilməsi üçün şərait yaradıb.

Qeyd edək ki, Nar Mobile Azərbaycanda mədəniyyətin, incəsənətin və o cümlədən, idmanın inkişafına yönələn layihələrə xüsusi önəm verir və bu sahələrin inkişafını Korporativ Sosial Məsuliyyət strategiyasının bir hissəsinə çevrilib.