PKK terrorçuları hərbi bazanı atəşə tutdu - 2 əsgər yaralandı

pkk-terrorculari-herbi-bazani-atese-tutdu
Oxunma sayı: 684

PKK terrorçuları Türkiyənin Hakkari rayonunun Çukurca qəsəbəsi ərazisindəki Bayraq Təpə hərbi bazası atəşə tutulub.

“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, atışma zamanı 2 əsgər yaralanıb.

Dərhal hadisə yerinə əlavə qüvvələr və helikopterlər cəlb edilib. Yaralı əsgərlər Çukurca Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Hazırda bölgədə terrorçulara qarşı əməliyyat aparılır.