Qətərdən kiber hücum ittihamı

qeterden-kiber-hucum-ittihami
Oxunma sayı: 644

Qətər blokadaya qoşulan qonşu ölkələri rəsmi xəbər agentliyi - QNA-ya kiber hücum etməkdə günahlandırıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Baş Prokuroru Əli bin Fatis əl-Meri söyləyib.

“Əl-Cəzirə” kanalının məlumatına görə, Baş Prokuroru “QNA-ya qarşı kiber hücumu, Qətərə qarşı blokadaya qoşulan qonşu ölkələr təşkil edib. Bu ölkələrin günahlarını sübut etmək üçün əlimizdə kifayət qədər dəlil var”,-deyə bildirib.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynə işarə edən Baş Prokuror Meri, bu ittihamları sözügedən ölkələrdən birinə, yoxsa hamısına aid olduğuna dair məlumat verməyib.