Qubada elektrik dirəyi yandı - Bir neçə kənd işıqsız qaldı + Video

qubada-elektrik-direyi-yandi
Oxunma sayı: 4087

Qubanın Talabıqışlaq kəndində yüksək gərginlikli (10000 V) elektrik dirəyi qəflətən yanmağa başlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisəyə görə bir neçə kənd işıqsız qalıb.

Məsələ ilə bağlı Quba Rayon Elektrik Şəbəkəsinin (REŞ) rəsmisi Kamran Babayev saytımıza açıqlamasında bildirib ki, problemin aradan qaldırılması üçün əraziyə texnika və işçi heyət göndərilib. O, elektrik enerjisinin verilişinin ən qısa zamanda bərpa ediləcəyini söyləyib.

Emin Kərimov