“Səndən çörək iyi gəlir...” – Zahir Əzəmətə

senden-corek-iyi-gelir-zahir-ezemete
Oxunma sayı: 2553

“Zahir Əzəmət 1975-ci ilin 25 aprelində özü də bilmədən Sevinc Çılğın üçün doğulub. Lənkəranda dünyaya gəlib Mingəçevirdə oxusa da, tale onu Bakıya gətirib-çıxarır. Başını hər nə qədər ciddi işlərə, ədəbiyyata qatmağa çalışsa da, Sevinc yolunun üstünə gəlib-çıxdığı gündən hər şeyi unudub və öz xoşbəxtliyini sevgisində və bu sevgidən doğulan Yavru və Sezay adlı iki balada tapıb. Gördüyünüz kimi, bütün cümlələrdə Sevinc adı keçdi, təsadüfi deyil ki, bu gün hamı Zahir bəylə yanaşı, Sevinci də təbrik edir. Çünki bu gün həm də Sevincin bayramı sayılır. Bu münasibətlə Zahir Əzəmətə həsr olunan və onun böyük sevgisindən yaranan bir neçə şeiri oxucularımızla bölüşürük.



Günəşi öldürəcək gücümüz



Biz günəşi həyatımızdan qovub
zülmət içində özümüzü tapdıq.
Yağışda islanıb,
küləkdə sovrulub
fırtınalara sinə gərdik.
Biz ölə bilərdik
ölmədik.
Günəşi öldürəcək gücümüz var,
sevinirik...


Qadın olmaq



Yaxşı ki əllərin vardı
İlk dəfə onlar bəhs etdilər qadınlığımdan.
Daha saçlarımı
oğlansayağı kəsdirməyəcəyəm.
Kasıb-kusuba payladım
şalvarlarımı.
Bir az da dodaqlarımı
boyayacağam.
Nə yaxşıdır qadın olmaq.

Üstünə konyak dağılmış məktub

Sən özündən qəhrəman düzəltdin...
mən səndən yaxşı bir oyuncaq...
sən mənim sevimli qəhrəmanım...
mən sənə həyatın özü boyda...
ya da həyat kimi bir şey...
mən sənə özündən bir qarış yaxın...
mən sənin ən gözəl oyuncağın...
kimi yəni...

Mən bir az dəli manyak...
hərdən şipşirin konyak...
acı çaxır kimi...
olsan da sən...
doyulmaz kimi olursan...
deyəsən...

Olmasaydı...
ya da sən bu qədər inad...
mən o qədər qaçqın...
düşərkən...
bir-birimizə...
yəni...
qarışıq budaq cümlələriylə...
konuşurkən...
bir-birim
izdən...
sərxoşkən...
nə utanmağa...
nə qaçmağa yer qaldı...
son sığınacaq...
yaxud...
son dayanacaq...
kimi yəni...
bir-birimizə...

Ağlına pis şey gətirmə...
desəm...
istəsəm...
qaçaq buralardan...
onda...
elə mən də onu deyi
rəm...
desən...
gülüb...
ikimiz də...
bir az dəli manyak...
hərdən şipşirin konyak...
kimi bir şey yəni...

Nə ev...
nə küçə...
nə meydan...
bir dəli şeytan...
bir sən...
yəni ikimiz...
mən də bir az kapriz...
səndə qürur...
olur...
olsa da...
əslində xoşbəxtlikdə...
belə olur formul...


Adsız barmağımda inqilab



Səhər oyanıb yanımda görməsəm
Yastığına hopmuş qoxunu içimə çəkmək
sevinmək qədər imkansız
soyuq çay
boyat yemək
köhnə ətirlərə
etiraz olsa belə
təzə sevdalara
baş bulayıb
çiyin çəkirəm
barmaqlarımın ucunda
öpüşlərini
dodaqlarımda ehtiraslı baxışlarını
qoruyuram
biləsən
bir də sol əlimin
adsız barmağına
qoyacağın adı gözləməkdəyəm.
Dırnaqlarımı hər axşam silib
Hər səhər boyamaqdayam
solmaqdayam...
Bizdən inqilaba 13 gedir...


Çörəyə döndər



Səndən çörək iyi gəlir,
duz dadı gəlir,
su kimi dumdurusan...

Bir tikəsən,
bir ovucsan,
bir qurtumsan...

Gərəksən,
əzizsən,
vacibsən...

Ağzımın dadı,
Canıma yatansan.

Bir qurtum su at,
bir çimdik duz səp,
bir tikə çörəyə döndər ömrümü...

Bir Yavruya bağışlayaq
bu sevgini...



Onun qadını


Kimin pəncərəsində günəş varsa
kimin evində körpə varsa
kimin yatağında
sevimli qadın uyuyursa
kimin süfrəsində isti çay, təzə çörək buxarlanırsa
kim ütülü köynək, qatı düz şalvar geyib gəzirsə
kim adını kişi qoyubsa,
onun adını...
yox –
onun qadını lotoreyadır.