Azərbaycanın istedadlı yazıçısı Şərif Ağayar yeni nəşr olunan “Gülüstan” romanı ilə “Qafqazinfo”nun qonağı olub.
Yazıçı redaksiyanın dəvəti əsasında portal kollektivi ilə görüşüb, kitabından bir neçəsini onlar üçün imzalayıb.
Qeyd edək ki, Şərif Ağayarın “Gülüstan” romanı 1000 tirajla “Qanun” nəşriyyatına çapdan çıxıb. Kitabın redaktoru Ağa Cəfərlidir.
Buna qədər Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı”, “Aftafalı antrakt” adlı hekayələri, “Xanım T.” adlı hekayələr kitabı və “Haramı” romanı nəşr olunub.
Romanı kitab mağazalarından əldə edə bilərsiz.
“Gülüstan” romanının qiyməti 5 manat 99 qəpikdir.

Son xəbərlər
Son Xəbərlər