Sevil Zeynalqızı baş redaktor təyin olundu

sevil-zeynalqizi-bas-redaktor-teyin-olundu
Oxunma sayı: 762

Jurnalistin “Qafqazinfo”ya verdiyi məlumata görə, jurnal Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap ediləcək. Jurnal və sayt Azərbaycanda turizm imkanları, turizm sektoru və onun inkişafına həsr edilib. «Evimiz Azərbaycan” jurnalda Azərbaycanın turizm sektorunda baş verən yeniliklər, müxtəlif turizm növləri, bu sahədəki xidmətlər, onların səviyyəsi və qiymətləri barədə istehlakçılara geniş məlumat veriləcək, bu sahədəki problemlər və onların həlli yollarına toxunacaq, ayrı-ayrı turizm şirkət və obyektlərinin fəaliyyəti işıqlandırılacaq. Bu məqsədlə jurnalda müxtəlif maraqlı rublikalar nəzərdə tutulub.

Jurnalın ilk sayı bu ilin sonunda çap ediləcək, sayt isə gələn ilin əvvəllərində fəaliyyətə başlayacaq.