Xaricə səyahət şansı

xarice-seyahet-sansi
Oxunma sayı: 1051

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Bank of Baku və Bakcell “Ulduzum”dan xaricə səyahət” adlı stimullaşdırıcı tirajlı lotereyaya start verir.

“Qafqazinfo” xəbər verir ki, 18 may-18 avqust 2018-ci il tarixlərini əhatə edəcək lotereya “Bank of Baku”nun xidmətlərindən faydalanan bütün Bakcell abunəçiləri üçün nəzərdə tutulub. Belə ki, lotereya çərçivəsində 1 nəfər “Bakcell” abunəçisi olan “Bank of Baku” müştərisi qalib olaraq seçiləcək və uduş fondunun əsas hədiyyəsi olan Dubaya 1 nəfərlik səyahət qazanacaq. Uduş paketinə Bakı-Dubay-Bakı istiqaməti üzrə təyyarə bileti, Dubay şəhərində 3 və ya 4 ulduzlu oteldə 3 gecə, 4 gün qalmaq haqqı, hava limanından otelə və oteldən hava limanına transfer və səyahət sığortası daxildir. Lotereyanın ikinci əsas qalibi isə “iPhone” mobil telefonuna sahib olacaq. Digər iştirakçıları isə bol-bol hədiyyələr gözləyir.

Lotereyada iştirak hüququ qazanmaq üçün Bakcell abunəçiləri “BOB” sözünü 5555 nömrəsinə SMS vasitəsilə göndərməlidir (SMS pulsuzdur). Cavab SMS-i vasitəsilə abunəçiyə müvafiq “Ulduzum” kodu göndəriləcək. Qeyd edək ki iştirakçı tərəfindən əldə edilən kod yalnız bir dəfə istifadə edilə bilər. Gün ərzində hər bir abunəçi 10 dəfə kod əldə edə bilər və hər bir kodun etibarlılıq müddəti 24 saat təşkil edir. Belə ki, abunəçi əldə olunmuş “Ulduzum” kodunu “Bank of Baku”nun istənilən filialında təqdim etməklə, bankın aşağıdakı xidmətlərindən istifadə zamanı müvafiq hədiyyə və lotereya şansları qazanacaq:

* 20.000 AZN-dək nağd pul krediti götürüldükdə 100 şəbəkədaxili dəqiqə və 300 meqabayt İnternet, illik faiz dərəcəsinə 5% endirim və 3 lotereya şansı;

* “Bolkart” kredit kartı ilə 100 AZN-dən çox alış-veriş etdikdə 100 şəbəkədaxili dəqiqə və 200 meqabayt İnternet və 1 lotereya şansı;

* Bankın ödəniş terminalları vasitəsilə təcili pul köçürmələri etdikdə, 100 şəbəkədaxili dəqiqə və 1 lotereya şansı;

* “Bolkart” debet kartı əldə etdikdə 100 şəbəkədaxili dəqiqə və 1 lotereya şansı qazanacaq.

Lotereyanın əsas qalibləri 21.08.2018-ci il tarixində avtomatik qaydada xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçim əsasında müəyyən ediləcək.

“Bank of Baku və Bakcell Ulduzumla xaricə səyahət” stimullaşdırıcı tirajlı lotereyanın şərt və qaydaları haqqında ətraflı məlumatla www.ulduzum.az səhifəsinə daxil olmaqla və ya Bank of Baku-nun 145 Məlumat Mərkəzinə zəng etməklə tanış ola bilərsiniz.