Xeyriyyə tədbirinə 5 min dollarlıq çanta ilə getdi - Fotolar

xeyriyye-tedbirine-5-min-dollarliq-canta-ile-getdi
Oxunma sayı: 2768

Mahnılarıyla yanaşı stili ilə də gündəmə düşməyi bacaran Beyons yenə diqqətləri özünə cəlb edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı ifaçı məşhur repçi Cey-Zinin sahibi olduğu onlayn musiqi dinləmə kanalı TIDAL-ın xeyriyyə tədbirində iştirak edib.

Beyonsun əlində tutduğu dollar dizaynlı çantası nəzərdən qaçmayıb. Məlumata görə, qiyməti 5 min dollar olan çanta 10 min 263 ədəd Svarovski daşla işlənib.

Qeyd edək ki, tədbirdə Hollivudun digər məşhur ulduzları da iştirak ediblər.