Zelenski ilk olaraq bu ölkəyə rəsmi səfər edəcək

zelenski-ilk-olaraq-bu-olkeye-resmi-sefer-edecek
Oxunma sayı: 4565

Kanada hökuməti Ukrayna Prezidenti Vladimir Zelenskini 2 iyulda bu ölkəyə rəsmi səfərə dəvət edib.

“Qafqazinfo”nun “Radoio Svoboda”ya istinadən verdiyi xəbərə görə, bu barədə Kanadanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri Roman Vaşuk məlumat verib. 

Onun sözlərinə görə, şəxsi dəvət telefon vasitəsilə edilib. 

Qeyd edək ki, bu, V. Zelenskinin prezidentliyi dövründə xarici ölkəyə ilk rəsmi səfəri olacaq.