“Zirvədə qalmaq çətindir...” - Aygün “Kelebek”dən yazdı

zirvede-qalmaq-cetindir
Oxunma sayı: 1894

“30 illik səhnə fəaliyyətimdə sizlərlə sevindim,sizlərlə güldüm, sizlərlə sevdim, hətta sizlərlə ağladım”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri xalq artisti Aygün Kazımova İnstaqram səhifəsində yazıb. “Altın Kelebek” mükafat gecəsində “Ən yaxşı “ seçilən sənətçi sosial şəbəkədə hər kəsə təşəkkürünü bildirib:

“Hər zaman hər anımda, ən gözəl və çətin günlərimdə məhz sizə güvəndim. Uğurlarımızın siyahısına daha bir uğur yazıldı. Yanımda olan və olmayan hər bir azərbaycanlımındır...Bütün bunlar üçün ilk Allahıma, daha sonra ailəmə, dostlarıma və məni Aygün edən milyonlarla sevənlərimə, hətta sevməyənlərimə də borcluyam. Bəli, zirvəyə qalxmaq çətindir, amma zirvədə qalmaq daha çətindir. Çünki daha gedəcəyin yol aşağı olar bilər”.