“Renat Dadaşov bizim üçün qollar vuracaq”

renat-dadasov-bizim-ucun-qollar-vuracaq
Oxunma sayı: 1267

Almaniyanın U-17 millisində çıxış etmiş Renat Dadaşovun Azərbaycan yığmasını seçdiyi haqda məlumatlısız.

Qafqazinfo” xəbər verir ki, 17 yaşlı forvard klubunu da dəyişib. Gələcəyin ulduzu hesab edilən Renat “Leytspiq” klubundan ayrılıb. Dadaşov “Ayntraxt” klubuna transfer olub.

Bu barədə Frankfurt klubunun Fredi Bobiç məlumat verib. Almaniya millisinin sabiq hücumçusu Renatın transfer haqda bu sözləri söyləyib:

“Renatın transferindən məmnunuq. Onun keyfiyyətlərinə yaxşı bələdəm. Aşağı yaş qruplarında bombardir olub. O, gələcəkdə bizə çox kömək edəcək və bizim üçün qollar vuracaq".