11 il sonra azadlığa çıxmışdı - Yenidən 8 il cəza verildi

11-il-sonra-azadliga-cixmisdi
Oxunma sayı: 4023

Özünü İdeal partiyasının rəhbəri kimi təqdim edən, eyniadlı saytın rəhbəri Nazim Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Nazim Quliyev hədə-qorxu ilə tələb etməkdə və dələduzluqda təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.

Quliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Onun üzərinə həbs qoyulmuş evi də ziyanın ödənilməsinə sərf edilməsi üçün müsadirə edilib.

Qeyd edək ki, N.Quliyev 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, 11 il sonra - 2020-ci ildə azadlığa buraxılıb. O, ötən ilin aprelində vətəndaş şikayətləri əsasında BMCMİ-əməkdaşları tərəfindən yenidən cinayət məsuliyyətinə cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Sail Ağasəlim