12 yaşlı uşaq qəzada öldü...

12-yasli-usaq-qezada-oldu
Oxunma sayı: 1427

Lənkəran şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza noyabrın 20-də saat 19 radələrində qeydə alınıb. 

Nərimanabad qəsəbə sakini Əziz Abıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini, 12 yaşlı Nihad Kazımlını vurub.

Nəticədə azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb.