“13 715 şəxs barəsində ittihamedici hökm çıxarılıb”

13-715-sexs-baresinde-ittihamedici-hokm-cixarilib
Oxunma sayı: 1452

Baş prokurorun müavini Heydər Məmmədov 28 dekabr - Vəkil Günü peşə bayramı münasibətilə Vəkillər Kollegiyasının təntənəli iclası zamanı çıxış edib.

“Qafqazinfo”nun xəbərinə görə, H.Məmmədov bildirib ki, 2023-cü ilin 11 ayı ərzində dövlət ittihamçılarının iştirakı ilə birinci instansiya məhkəmələrində baxılan cinayət işlərindən 12 434 cinayət işi üzrə 13 715 cinayət törətmiş şəxs barəsində təqsirliliyi sübuta yetirilməklə ittiham hökmü çıxarılaraq cəza təyin edilib, eyni zamanda 143 iş üzrə 178 şəxs barəsində bəraət verilib.

“İttiham tərəfi olaraq prokurorluqda bəraət hökmləri soyuqqanlı oponentliklə qəbul edilir”, - deyə qeyd edən Baş prokurorun müavini bildirib ki, əgər cinayət törətmiş bir şəxsin təqsiri məhkəmədə sübuta yetirilərək layiqli cəza alırsa, həm dövlətin, həm cəmiyyətin, həm də zərərçəkmiş şəxslərin mənafeyi qorunmuş olur.