TƏBİB-in yeni icraçı direktoru Anar Bayramov kadr dəyişikliklərinə başlayıb.
“Qafqazinfo” Manşet.az-a istinadən xəbər verir ki, TƏBİB sədrinin səlahiyyətlərini icra edən Anar İsrafilov tərəfindən 17 gün əvvəl müşavir vəzifəsinə təyin edilmiş həkim Zeynal Bayramlı işdən azad olunub.
Məlumata əsasən, qurumdakı digər müşavirlərin də ərizələri alınıb.
Məsələ ilə bağlı sorğuya qurumun Mətbuat xidmətindən cavab verilməyib.
***
TƏBİB-in yeni icraçı direktoru Anar Bayramovun müvafiq Əmri ilə müşavirləri - Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu da tutduqları vəzifələrdən azad olunublar. Hələ ki onların yerinə təyinat yoxdur.
Direktorun digər Əmri ilə Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev də işdən çıxarılıb.
Qeyd edək ki, Anar Bayramov aprelin 17-si TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilib.
Son xəbərlər
Son Xəbərlər