İmişlidə 59 yaşlı kişini cərəyan vurub öldürdü

imislide-59-yasli-kisini-cereyan-vurub-oldurdu
Oxunma sayı: 478

İmişli rayonunda bir nəfəri elektrik cərəyanı vurması ilə nəticələnən hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, İmişli şəhər sakini 1967-ci il təvəllüdlü Cavadov Mehman Novruz oğlu yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon Şöbəsi üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı