17 uşaqlı ailədə faciə - Biri öldü, digəri yaralıdır+Yenilənib

17-usaqli-ailede-facie
Oxunma sayı: 7709

Bərdənin Cəyirli kəndində yaşayan 17 uşaqlı İsgəndərovlar ailəsinin iki oğlu yol qəzasına düşüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə onların məskunlaşdığı Cəyirli kəndində qeydə alınıb.

Belə ki, sürücü İsgəndərov Binnət Taleh oğlunun idarə etdiyi “Lada Priora” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə sürücü, ailənin 22 yaşlı oğlu həlak olub. Sərnişinlər İsgəndərov Davud (ailənin digər oğlu) və Allahverdiyev Elmir müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Bərdə rayon mərkəzi xəstəxanasına aparılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB fevralın 22-də Bərdə rayonunun Cəyirli kəndində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Davud İsgəndərovun son vəziyyəti ilə bağlı sorğumuz cavab olaraq bildirib ki, 1999-cu il təvəllüdlü şəxsin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

Fotoda:İsgəndərov Binnət Taleh oğlu