17 yaşlı yeniyetmə qəza törətdi, öldü - Fotolar

17-yasli-yeniyetme-qeza-toretdi-oldu
Oxunma sayı: 4708

Qaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Qax-Zaqatala yolunun Ləkit kəndi ərazisin­dən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “D­aewoo” minik avtomobili ilə “Mersedes Vito” markalı sərnişin mikroavtobusu toqquşub. Nəticədə “Daewoo”nun sürücüsü, 2004-cü il təvəllüdlü Ləkit kənd sakini Cəfərov Cəfər Şamil oğlu ağır bədən xəsarətləri alıb. O, xəstəxanada keçinib.

Qəza nəticəsində daha 7 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov