20 nömrəli məktəb-lisey distant tədrisə keçdi

20-nomreli-mekteb-lisey-distant-tedrise-kecdi
Oxunma sayı: 3010

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

BŞTİ-dən "Qafqazinfo"ya verilən məlumata görə, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVIID-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.