“2027-ci ilədək işçi qüvvəsinin 44 faizinin əsas bacarıqlarında dəyişiklik baş verəcək”

2027-ci-iledek-isci-quvvesinin-44-faizinin-esas-bacariqlarinda-deyisiklik-bas-verecek
Oxunma sayı: 1585

“Dünya İqtisadi Forumunun proqnozlarına əsasən, 2027-ci ilədək işçi qüvvəsinin 44 faizinin əsas bacarıqlarında dəyişiklik baş verəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda keçirilən “PeşəFest-2025” tədbirində bildirib.

O qeyd edib ki, bu dəyişikliklər sırasında yumşaq və texnoloji bacarıqlar ön sırada dayanır.

“İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, əmək məhsuldarlığının yüksəldilməsi və milli insan resurslarının beynəlxalq əmək bazarına inteqrasiyası əsas hədəflərdəndir. Bu məqsədlə səriştə əsaslı yanaşma tətbiq olunaraq iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 1500-dən çox peşə və kvalifikasiya standartı hazırlanmış və işəgötürənlərin istifadəsinə təqdim edilmişdir”, -  nazir diqqətə çatdırıb.