21 yaşına çatmış şəxslər mülki odlu silah əldə edə biləcəklər

21-yasina-catmis-sexsler-mulki-odlu-silah-elde-ede-bilecekler
Oxunma sayı: 7117

Azərbaycanda mülki odlu silah əldə edilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Xidməti və mülki silah haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, odlu silah əldə etmək hüququnun 18 yaşdan artırılaraq 21 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına verilməsi təklif edilir. 

Nuranə Daxilqızı