Göygöldə 29 yaşlı gənci “tok” vurdu

goygolde-29-yasli-genci-tok-vurdu
Oxunma sayı: 2029

Göygöldə 29 yaşlı kişini elektrik cərəyanı vurub.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib. Kənd sakini - 1991-ci il təvəllüdlü Asim Qurbanovu cərəyan vurub. O dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli