Üç sultanlığa və 12 prezidentliyə şahid olan 127 yaşlı Türkiyə vətəndaşı Ayşə Bayrı vəfat edib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, 1898-ci il təvəllüdlü Ayşə Bayrı nəfəs darlığı və orqan çatışmazlığı səbəbindən bir müddət xəstəxanada müalicə aldıqdan sonra dünyasını dəyişib.
O, son üç Osmanlı sultanı II Əbdülhəmit, Sultan V Mehmed Rəşad və Sultan VI Mehmed Vahdeddinin, Mustafa Kamal Atatürkdən Rəcəb Tayyib Ərdoğana qədər isə 12 prezidentin hakimiyyət illərini görüb.

Son xəbərlər
Son Xəbərlər