34 yaşayış binasından 33-ü dağıdılmış Şıxarx... - Videoreportaj

34-yasayis-binasindan-33-u-dagidilmis-sixarx
Oxunma sayı: 11127

Ermənistan silahlı qüvvələrinin ən çox hədəf aldığı yaşayış məntəqələrindən biri də Tərtərin Şıxarx qəsəbəsidir.

Düşmən ağır artilleriyadan istifadə etməklə sentyabrın 27-dən bu günədək həmin qəsəbədə məcburi köçkünlər üçün salınan yaşayış məntəqəsini atəşə tutub.

Nəticədə burada olan 34 yaşayış binasından 33-ünə ciddi ziyan dəyib. Hətta mərmilərdən bir neçəsi mənzillərin içinə düşüb. Bundan başqa, qəsəbədə inzibati binalar da dağılıb.

“Qafqazinfo”nun əməkdaşlarının Şıxarx qəsəbəsindən hazırladığı videoreportajı təqdim edirik:

Emin Səfərov

Video-Fotolar: Pərvin Zeynal