38 nəfəri öldürüb ailəsi ilə özünü güllələdi - Yenilənib

38 nəfəri öldürüb ailəsi ilə özünü güllələdi
Oxunma sayı: 8462

12:31

Tailandda uşaqlara qayğı mərkəzində silahlı insident baş verib.

“Qafqazinfo” “Khaosod” qəzetinə istinadən xəbər verir ki, insidenti keçmiş polis əməkdaşı törədib.

Hadisə nəticəsində əksəriyyəti uşaq olmaqla 32 nəfər həlak olub. 

Hazırda polis insidenti törədən şəxsi axtarır. Keçmiş polis əməkdaşının bu yaxınlarda istefaya göndərildiyi bildirilir.

Yerli medianın məlumatına görə, silahlı şəxs insidentdən sonra intihar edib. Onun üzərində həm odlu silah, həm də bıçaq olduğu qeyd olunub. 

***

12:56

“Reuters” agentliyinin məlumatına görə, insident nəticəsində 22-si uşaq olmaqla 34 nəfər həlak olub. 

***

16:43

“BBC”nin məlumatına görə, insident nəticəsində həlak olanların sayı 38-ə çatıb. Bununla yanaşı, hadisənin 34 yaşlı Panya Kamrab tərəfindən törədildiyi məlum olub. 

Bildirilir ki, keçmiş polis əməkdaşı olan Kamrab maşına əyləşərək hadisə yerindən qaçıb. Polis bir müddət onun axtarışları ilə məşğul olub. 

Tailandın Mərkəzi İstintaq Bürosunun məlumatına görə, sözügedən şəxs hadisə yerindən qaçdıqdan sonra öz həyat yoldaşını və övladını, sonra isə özünü güllələyib. 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Kamrab narkotikdən istifadə etməsinə görə ötən il istefaya göndərilib.