4 faizlik limitin ləğv olunması manatın xeyrinədir, yoxsa?

4-faizlik-limitin-legv-olunmasi-manatin-xeyrinedir-yoxsa
Oxunma sayı: 7131

İqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankın 4 faizlik marjanın ləğv edilməsinə münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, ekspert bu qərarın nə zaman qüvvəyə minməsi ilə bağlı banklara ayrıca rəsmi məktub göndəriləcəyini qeyd edib:

"Mərkəzi Bank artıq 4 faizlik marjanı ləğv edib. Bu isə o deməkdir ki, liberal məzənnəyə keçid çox qısa zamanda reallaşacaq. Mümkündür ki, növbəti hərraclarda artıq liberal məzənnə prinsipinə uyğun proseduralar tətbiq edilsin. Bu halda isə manatın dollara nisbətən məzənnəsinin azalacağı gözlənilir".