40 yaşlı kişi evində yanaraq öldü

40-yasli-kisi-evinde-yanaraq-oldu
Oxunma sayı: 2113

Qusar rayonunda yaşayış evi yanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Gündüzqala kəndində qeydə alınıb. Yanğın zamanı evin sahibi, 1981-ci il təvəllüdlü Babayev Əsfər Əmirağa oğlu yanaraq ölüb.

Hadisə yerinə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub. Əsfər Babayevin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırmalar aparılır.