40 yaşlı kişi tanışı tərəfindən öldürüldü

40-yasli-kisi-tanisi-terefinden-olduruldu
Oxunma sayı: 2068

Bakıda qətl törədilib.

Nəsimi rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə aprelin 4-də Alı Mustafayev küçəsi 29 ünvanında 1982-ci il təvəllüdlü Bəhruz Quliyevin öldürülməsi barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rabil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəhruz Quliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Rabil Qasımov şübhəli şəxs qismində tutulub. İstintaq davam edir.