“Elmi işçi 400-450 manat, elmlər doktoru 700 manat maaş alırsa, onların aqrar sektora verəcəyi töhfə sual altındadır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Aqrar siyasət komitəsinin təşkil etdiyi “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmədə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev bildirib.
“Elmi-Tədqiqat İnstitutunun maddi-texniki bazası yüksək səviyyədə inkişaf edib. Lakin “niyə kadr çatışmazlığı var?” sualının arxasında başqa səbəblər var. Bu, elmi-tədqiqat institutlarında çalışan gənclərin əməkhaqqısı məsələsidir. Elmi işçi 400-450 manat maaş alırsa, bu gənc gələcəkdə aqrar sektora hansı töhfəni verə bilər?! Ümid edirəm ki, bu tədbirlərdən sonra sözügedən problemlər həll olunacaq”.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər