Tovuzda qadın dəm qazından boğulub.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində baş verib.
1983-cü il təvəllüdlü K.Əmrahova dəm qazından boğulma diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər