“7 dəfə fərqləri var, ikisi də müəllimdir” - Nazir

7-defe-ferqleri-var-ikisi-de-muellimdir
Oxunma sayı: 1825

“Azərbaycanda 3 487 nəfər müəllimin ortaaylıq maaşı 210 manatdır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində deyib.

O bildirib ki, bu müəllimlərin həftəlik dərs yükü 0-6 saat aralığındadır.

Nazirin sözlərinə görə, 17186 müəllimin ortaaylıq maaşı 1589 manatdır və onların həftəlik dərs saatı 30-36 saat aralığında dəyişir:

“38 711 nəfər müəllim isə ortalama ayda 979 manat maaş alır ki, onların da dərs yükü 18-24 saat aralığındadır. Biz faktiki olaraq 3 saat dərs deyən adama da, 34 saat dərs deyən adama da müəllim deyirik. Dərs saatı az olan müəllimlər nə qədər çox olacaqsa, müəllimin ortaaylıq əməkhaqqı qalxmayacaq. Dərs yükü az olanlarla, çox olanlar arasında 7 dəfə fərq var amma ikisi də müəllimdir”.