Siyəzəndə 7 yaşlı oğlan qəfil ölüb.
“Qafqazinfo” xəbər verir ki, Siyəzən şəhəri Gənclik küçəsində yaşayan 2016-cı il təvəllüdlü Eyvazlı Məhəmmədin halı anidən pisləşib. Ailə üzvləri onu dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırsa da, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
7 yaşlı uşağın hansı səbəbdən vəfat etməsi hələlik məlum deyil.
Faktla bağlı ekspertiza təyin edilib və Rayon Prokurorluğunda araşdırma aparılır.