88 yaşlı Alen Delon uzun zaman sonra... - Foto

88-yasli-alen-delon-uzun-zaman-sonra
Oxunma sayı: 5073

Uzun müddətdir xəstəlikdən əziyyət çəkən əfsanəvi fransız aktyor Alen Delonun yeni fotosu yayılıb.

“Qafqazinfo” xəbər verir ki, 88 yaşlı aktyorun şəklini onun qızı Anuşka Delon öz instaqram hesabında paylaşıb.

Aktyorun varisi qeyd edib ki, fotonu atasının icazəsi ilə yayımlayıb: “Səhər atamın şəklini çəkdim.. Onunla səhər yeməyi yemək mənə sonsuz minnətdarlıq hissi verir. Məncə, o, yaraşıqlıdır. O, əbədi mavi, polad, parlaq, döyüşkən baxışları ilə mənə ağlasığmaz güc verir. Mənim ölümsüzüm”.

Qeyd edək ki, Alen Delon diffuz lenfoma və Alzheimer xəstəliyindən əziyyət çəkir. O, 2019-cu ildə ikiqat insult keçirib. Bundan sonra ictimaiyyət qarşısına çıxmayaraq qapalı həyat tərzi keçirir. Aktyor dəfələrlə deyib ki, evtanaziya ona ölmək üçün ən yaxşı variantdır.