Abdullahian Mirzoyanla görüşdü - Yenilənib

abdullahian-mirzoyanla-gorusdu
Oxunma sayı: 3157

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistana səfərə yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.

Məlumata görə, Abdullahian İrəvanda keçirəcəyi görüşlərdə bir sıra məsələlərlə yanaşı, Ermənistanla Azərbaycan arasında sülh səylərini də müzakirə edəcək.

***

“Sputnik Ermənistan”ın məlumatına görə, Abdullahianın Ermənistana səfəri başlayıb. 

***

Ermənistan və İranın XİN rəhbərləri Ararat Mirzoyanla Hüseyn Əmir Abdullahian arasında görüş keçirilib.

Nazirlər həm təkbətək, həm də geniş tərkibdə danışıqlar aparıblar.