ABŞ-də məhbus güllələnərək edam ediləcək - 15 ildə ilk dəfə

abs-de-mehbus-gullelenerek-edam-edilecek
Oxunma sayı: 2802

ABŞ-nin Cənubi Karolina ştatında 15 ildə ilk dəfə bir məhbus güllələnərək edam ediləcək.

“Qafqazinfo” “Associated Press” agentliyinə istinadən xəbər verir ki, edamın icrası martın 7-nə planlaşdırılır.

Məlumata görə, 67 yaşlı Bred Siqmon elektrikli stul və yaxud inyeksiya ilə edam əvəzinə, özü bu metodu seçib. 

Ümumilikdə 1967-ci ildən bu yana ABŞ-də bu üsulla 3 nəfər edam edilib. 

Qeyd edək ki, Siqmon 2001-ci ildə beysbol çubuğu ilə sevgilisinin valideynlərini ölümcül döyüb. Daha sonra sevgilisini qaçırsa da, qadın qaçaraq xilas ola bilib.