ABŞ-də öldürüldüyü deyilən Albina sağ imiş - Video-Yenilənib

abs-de-oldurulduyu-deyilen-albina-sag-imis
Oxunma sayı: 17271

Azərbaycanlı müğənni Albina Pyakşeva ABŞ-Meksika sərhədində öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva feysbuk hesabında yazıb:

“Belə bir xəbər almaq çox üzücüdür. “I am Jazzman” yarışmasının finalisti Albina Pyakşeva faciəvi şəkildə can verib. O, Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb”.

Qeyd edək ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən “I am Jazzman”ın finalçısı müsabiqəsinin finalçısı, “Səs Azərbaycan” proqramının iştirakçısı olub.

***

Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva yeni açıqlama yayaraq müğənninin sağ olduğunu bildirib.

“Əzizlərim, yeni bir xəbər aldım. Albina sağdır”, - deyə o paylaşımında yazıb.

Əlavə edək ki, Albinanın yaxın dostlarından biri APA-ya açıqlamasında onun ölümü ilə bağlı iddiaları təkzib edib.

Qeyd edək ki, bir neçə saat əvvəl L.Əfəndiyeva feysbuk hesabında müğənninin ABŞ-Meksika sərhədini keçərkən öldürüldüyünü bildirmişdi.