ABŞ-ın “gözəgörünməz” gəmisi xidmətə başlayıb - Fotolar

abs-in-gozegorunmez-gemisi-xidmete-baslayib
Oxunma sayı: 7846

ABŞ-ın Zumwalt gəmisi Hərbi Dəniz Qüvvələrinin tərkibinə verilib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təntənəli mərasim Merilend ştatındakı Baltimor şəhərinin limanında keçirilib.

Yeni gəminin çəkisi təxminən 15 min ton təşkil edir. O, həm müdafiə, həm də hücum əməliyyatları aparmağa imkan verən ən yeni texnologiyalara malikdir.

Uzunluğu 165 metr və eni 25 metr olan gəminin 147 nəfərlik heyəti var.  

Stels texnologiyası sayəsində Zumwalt düşmən üçün demək olar ki, “gözəgörünməz” olacaq. Bildirilir ki, Zumwalt radiolokatorlarda daha kiçik ölçülü gəmi kimi görünür. Gəmidən gələn səsin az olması onun aşkar olunmasını daha da çətin edir. Raket qurğuları isə 100 mil (160 km) məsafədə olan hədəfləri məhv etməyə qadirdir.

 Yeni gəminin inşası rekord məbləğə 4,4 milyard dollara başa gəlib.

Gəmi İkinci dünya və Vyetnam müharibələri qəhrəmanı amerikalı admiral Elmo Zumuoltun şərəfinə adlandırılıb.