“ABŞ-ni İsrailə hücumla bağlı xəbərdar etmişik” - Abdullahian

abs-ni-israile-hucumla-bagli-xeberdar-etmisik
Oxunma sayı: 4644

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsrailə hücumla bağlı ABŞ-a lazımi xəbərdarlıq etdiklərini bildirib.

“Qafqazinfo” xəbər verir ki, nazir bu haqda “X”də paylaşım edib:

Abdullahian məlumatda Belçika, Hollandiya və Kiprdən olan həmkarları ilə danışdığını açıqlayıb.

“İsrail rejiminin İranın Dəməşqdəki səfirlik binasına törətdiyi terror aktı, beynəlxalq hüquq və Vyana konvensiyalarının pozulması məsələsini gündəmə gətirdim. Ölkəmizin mövqeyini izah etdim. ABŞ-yə lazımi xəbərdarlıq edildiyini vurğuladım”.

O, rusiyalı həmkarı Sergey Lavrovla görüşdə Qəzzadakı vəziyyətin də müzakirə edildiyini bildirib.