ABŞ prezidenti Azərbaycan müğənnisinin klipində - Video

abs-prezidenti-azerbaycan-mugennisinin-klipinde-
Oxunma sayı: 8684

ABŞ-da keçirilən 45-ci prezident seçkilərinin qalibi Donald Tramp bir neçə film və klipdə yer alıb.

Qafqazinfo” xəbər verir ki, həmin ekran işlərindən biri də məşhur müğənni Emin Ağalarovun "In Another Life" musiqisinə çəkilmiş klipdir. Belə ki, 2013-cü ildə çəkilmiş klipdə məşhur biznesmen də yer alıb.

Xatırladaq ki, müğənni biznesmenlə "Dünya gözəli" layihəsinə görə partnyor olub və bundan sonra Trampla dostluq münasibətləri qurub. Ağalarov Rusiya KİV-nə müsahibəsində Amerikaya gedən zaman onun ofisində olduğunu, səmimi ünsiyyət saxladıqlarını bildirib.

Günel Hacı