Abşeronda 4000-ə yaxın müxtəlif ağaclar əkildi - Fotolar

abseronda-4000-e-yaxin-muxtelif-agaclar-ekildi
Oxunma sayı: 1455

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" kampaniyası çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyalarına digər qurumlar da böyük ruh yüksəkliyi ilə qoşulub.

“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, “ASAN xidmət” mərkəzlərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmilərinin və əməkdaşlarının, eyni zamanda könüllülərin iştirakı ilə Xocasən qəsəbəsində keçirilən ağacəkmə zamanı 4 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 4000-ə yaxın müxtəlif növ ağac əkilib.

Qeyd edək ki, "Yaşıl Marafon" kampaniyası çərçivəsində ağacəkmə tədbirləri bu gün Bakının Müşfiqabad qəsəbəsində və ölkənin digər regionlarında da keçirilib.