Abşeronda kişi arvadının boğazını kəsərək öldürdü

abseronda-kisi-arvadinin-bogazini-keserek-oldurdu
Oxunma sayı: 5114

Abşeron rayonunda kişi arvadının boğazını kəsərək öldürüb. 

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə aprelin 29-da saat 21 radələrində qeydə alınıb. 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.