Acun dördüncü dəfə evlənir

acun-dorduncu-defe-evlenir
Oxunma sayı: 4804

Türkiyəli iş adamı Acun Ilıcalı dördüncü dəfə evlənir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Söylemezsem olmaz” verilişinin aparıcısı Yağmur Çevik açıqlayıb.

O bildirib ki, 55 yaşlı Ilıcalı 25 yaşlı sevgilisi Ayça Çağla Altunkaya ilə nikah masasına əyləşəcək.

Cütlüyün toy mərasiminin tarixi açıqlanmayıb.  

Qeyd edək ki, Acun Ilıcalı daha öncə 3 dəfə evli olub. O, Seda Başbuğla (1988-1993-cü illər), Zeynep Yılmazla (2003-2016-cı illər) və Şeyma Subaşı ilə (2017-2018-ci illər) ailəli olub. Birinci evliliyindən Banu, ikincidən Leyla və Yasemin, üçüncüdən isə Melisa adlı qızları var.